Mətbuat xəbərləri
3 Nöqte, 17/01/2004. "Vokaliz"in taleyi sual altındadır. Zaman-zaman Azərbaycanın maddi və
mənəvi sərvətlərini mənimsəyən ermənilər bu gün də öz
iddialarını davam etdirməkdədir.
Yaratmağa qadir olmasalar da, oğurluq yolu ilə ən
dəyərli mədəniyyət nümunələrimizi öz adlarına çıxmaqda
məharətli olan bu kəslər nəinki keçmişimizə, eləcə də bu
günümüzə aid olan hər şeyə sahib durmaqdan çəkinmirlər.
Maraqlı məqam odur ki, ermənilər
istənilən mahnını, rəqsi "özəlləşdirərkən" heç bir çətinlik
çəkməsələr də, bizim sahiblik hüququmuzu təsdiq etməyimizdə
bir çox problemlər meydana çıxır.
Artıq Brilliant
Dadaşovanın Türkiyədə də məşhur olan "Vokaliz"inin ermənilər
tərəfindən oğurlanması hər kəsə bəllidir. Sabah ermənilərin bu
gözəl musiqi əsərini hər hansı beynəlxalq müsabiqələrə
çıxarmayacağına da əminlik yoxdur. Müğənni öz hüquqlarının
bərpası üçün dövlət tərəfindən ona yardım edilməsini ifadə
etmişdi. Artıq Müəllif Hüquqları Dövlət Agentliyi bu işlə
məşğuldur. Bəs Mədəniyyət Nazirliyi tərəfindən müğənniyə
dəstək olacaqmı? Nazirliyin mətbuat xidmətindən aldığımız
məlumata görə, artıq nazir bununla bağlı mətbuatda dərc olunan
materiallarla tanışdır: "Doğrudur, bu kimi məsələlər hamımızı
narahat edir. Amma konkret təsir mexanizmi yoxdur. Polad
Bülbüloğlunun bu məsələyə olan münasibəti yaxın günlərdə bəlli
olacaq".
3 Nöqte, 04/01/2004. "Vokaliz" dünya musiqiçilərini təəccübləndirə bilər
Brilliant Dadaşovanın "Maç-maç,
quc-quc" mahnısının ardınca indi də "Vokaliz" ətrafında
qalmaqal başlayıb. Onun bu məşhur kompozisiyası ermənilər
tərəfindən mənimsənilib.
İndi məsələnin beynəlxalq miqyasda həll olunmasına
çalışan müğənniyə eyni zamanda böyük dəstək tələb olunur.
Brilliant xanımın özünün də qeyd etdiyi kimi, bu sevimli
əsərinə milli ruhda klip çəkilməsi nəzərdə tutulsa da, bu
layihə gerçəkləşməyib.
Əsas səbəb isə maliyyə problemi
ilə bağlıdır. İndi də bu layihəyə qol qoyan bir kimsə
tapılmayıb. Milli sərvətlərimizə sahib durmaq arzusunda uzaq
olduğumuzdan bu sərvətə yiyə çıxanlar az deyil. Oğruların
böyüyü isə bədnam qonşularımızdır. Brilliant Dadaşovanın
mətbuat katibinin sözlərinə görə, layihənin reallaşması
plandadır. Müğənni həmçinin klipin beynəlxalq NTV kanalına
çıxarılması istəyindədir. Qeyd edək ki, ancaq musiqi
nümunələrinin yayımı ilə məşğul olan həmin kanala dünyanın
istənilən yerində xüsusi antenalar vasitəsilə baxmaq
mümkündür.
Həftə içi, 13.12.2003. Brilliant xanımdan yenilik
Bir neçə gün bundan öncə Türkiyənin
təşəbbüsü ilə və məhz türk tamaşaçıları üçün klip çəkdirən
Brilliant Dadaşova öz həmyerlilərinə də yenilik hazırlayıb.
Belə ki, Faiq Sücəddinovun
Cabir Novruzun sözlərinə bəstələdiyi "Azərbaycanım,
qarabağlıyam, sənə bağlıyam" mahnısına klip çəkdirib.
Çəkilişlər Qoşaqala qapısı yaxınlığında, Nizami bağında
aparılıb.
"Cəngi" qrupu da klipdə çəkilib.
Burada milli adət-ənənələrə uyğun olaraq məşəllərdən, milli
geyimlərdən və rəqslərdən istifadə olunub.
525-ci, 09.12.2003. Brilliantın "Yalan dünya"sına türk rejissor klip çəkib. Bu günlərdə Türkiyənin ATV kanalının üç nəfərdən ibarət yaradıcı qrupu Bakıda olub. Kanalın işçiləri Bakıya "System Music" musiqi şirkətinin sifarişi ilə gəliblər.
Səfərdən məqsəd müğənni
Brilliant Dadaşovanın mahnılarından birinə klip çəkmək idi.
Rejissor Pekyaşa Sözbir vaxt məhdudluğunu nəzərə alaraq, başqa
bir mahnıya yox, Nadir Əzimovun Zemfira Əlişqızının sözlərinə
bəstələdiyi "Yalan dünya"ya klip çəkib.
Azərbaycanlı həmkarı Emin
Mirabdullayevlə birgə aparılan çəkilişlər İzmir parkında və
Musiqili Komediya Teatrında səhərə qədər davam edib. P.Sözbir
Türkiyədə B.Dadaşovanın artıq 2 klipinin - "Sevəcəyəm" və
"Maç-maç, quc-quc"un çəkildiyini xatırladaraq, bu klipin
çəkiliş məkanının Bakı olmasını önəmli sayıb. Onun fikrincə,
ölkəmizdə çəkilən klip və sənətçinin yaradıcılığına işıq salan
reportaj türk sənətsevərlərə B.Dadaşovanı yaxından tanımaq
imkanı yaradacaq.
Mahnının adından göründüyü kimi, klipin
süjet xətti yalanla bağlı qurulub. Rejissorlar teatr və
maskalı insanlar mövzusu ətrafında süjet xətti yaradıblar.
Qeyd edək ki, klipdə sənətçinin birbaşa tərəf-müqabili yoxdur.
Lakin epizodik rollarda aktyorlar çəkilib.
Qeyd edək ki,
"Yalan dünya" klipi Bakıda çəkilsə də, montaj prosesi
Türkiyədə həyata keçiriləcək. Türkiyəli rejissorun dediyinə
görə, dekabrın sonunadək klip hazır olacaq. Klip Türkiyədə ATV
ilə yanaşı, digər kanallarda da nümayiş etdiriləcək. Həmçinin
Azərbaycan telekanallarına da bu klipi göstərmək imkanı
veriləcək.
525-ci, 19.11.2003. Brilliant Dadaşova yenidən Türkiyə telekanallarında. AZƏRBAYCANIN ÜNLÜ SƏNƏTÇİSİ QARDAŞ ÖLKƏDƏ BURAXILAN YENİ DİSKİNİN REKLAMINA FƏAL ŞƏKİLDƏ QOŞULUB
Əməkdar artist Brilliant Dadaşova ötən həftədən
Türkiyədə səfərdədir. Məqsəd Türkiyədə çoxdan bəri çıxması gözlənilən "Maç-maç,
quc-quc" adlı kompakt diskinin, nəhayət ki, dinləyicilərin ixtiyarına verilməsi
olub. Türkiyənin "Sistem Müzik" şirkətində hazırlanan alboma müğənninin ifasında
türk mahnıları ilə yanaşı, xalq mahnılarımız da daxil edilib.
Məlumat üçün bildirək ki, bizim müğənnilərdən fərqli
olaraq, qardaş ölkədə sənətçi albomu çıxdıqdan sonra mütləq reklam kampaniyası
aparmalı, diskini təbliğ etməlidir. Bu proses albomun satışında əsas rol
oynayır. Elə bu səbəbdən də Türkiyəyə yola düşən B.Dadaşova diskinin reklam
kampaniyasına qoşulub. Amma onu da qeyd edək ki, albom hələ ötən aydan hazır
idi. Müğənni reklam kampaniyasının belə gec başlamasının ciddi səbəbləri
olduğunu açıqlayıb. Onun sözlərindən belə məlum olub ki, albom çıxan ərəfədə
musiqi şirkətinin rəhbəri Hilmi Topaloğlu xərçəng xəstəliyindən vəfat edib:
"Doğrusu, şirkətin rəhbərinin vəfatından sonra diskimi nə gözlədiyini özüm də
bilmirdim. Ölkəmizdə prezident seçkiləri keçirildiyindən Türkiyəyə getməyə,
diskin satışının, reklam kampaniyasının necə təşkil edildiyi ilə maraqlanmağa
imkanım yox idi. Lakin ötən həftə şirkətin yeni rəhbəri mənimlə əlaqə saxlayaraq
reklam kampaniyasının artıq başlandığını bildirdi". Hazırda Türkiyədə
telekanallardakı verilişlərdə çıxış edən müğənninin qardaş ölkədə geniş konsert
proqramları da nəzərdə tutulub. B.Dadaşova diskini reklam etmək məqsədilə
qatıldığı verilişlərdə ifası və rəqs etmək bacarığı ilə türkiyəli sənətsevərləri
heyran edib. Albomuna yalnız "Aman ovçu"nu daxil edən müğənni verilişlərdə çox
sevilən digər xalq mahnılarını da oxuyur. Sonuncu verilişlər göstərib ki,
B.Dadaşovanın ifasında "Sarı gəlin" xalq mahnısı daha çox tamaşaçı alqışı
qazanır.
NAZİLƏ
Həftə içi, 08.11.2003. Brilliantın Türkiyədə solo konserti.
Türkiyəyə səfərə yollanan müğənni Brilliant Dadaşova orada türkdilli dinləyiciləri üçün çıxan "Maç-maç, Quc-Quc" albomunun təqdimatını edəcək.
Bundan başqa müğənni neçə müddət öncə aldığı
konsert proqramları təklifləri barədə də düşünməyə qərar
verib. Brilliant xanım bu səfərində də bir neçə telekanalda
çıxışlar edəcək. Müğənni eyni zamanda repertuarı ilə də
məşğuldur.
Bir sıra bəstəkarlarla yeni
mahnılar üzərində çalışan Brilliant xanım vaxtı olmadığından
klip və albom haqqında hələlik düşünmür
Ayna, 03.10.2003. BRİLLİANT DADAŞOVA NORVEÇLİLƏRİN NÖVBƏTİ LAYİHƏSİNDƏ
Norveçli yazıçı Eyvind Şayye, Brilliant Dadaşovanın Norveçdə çıxan kompakt-diskinin maliyyə direktoru Böfn Vegge və hazırda Norveçdə yaşayan bəstəkar Qalib Məmmədov Bakıya təşrif buyurub.
Bu da səbəbsiz deyil. Onlar yenidən sənətçi ilə birgə növbəti layihəni reallaşdırmağa qərar veriblər. Xatırladaq ki, indiyədək B.Dadaşovanın Norveçin "Skurq" xoru ilə birgə bir kompakt-diski çıxıb və müğənni həmin ölkənin "Mənə sülh yolunu açın" beynəlxalq layihəsində də iştirak edib. Sənətçinin ifasında səslənən iki mahnı layihə çərçivəsində çıxarılan diskə daxil olub və o, Misirdə, Almaniyada təşkil edilən "Mənə sülh yolunu açın" adlı qala-konsertlərdə iştirak edib.
Qalib Məmmədov bildirdi ki, norveçlilər B.Dadaşova ilə növbəti diskdə də əməkdaşlıq etmək istəyirlər. "Doğrusu, ilk dəfə Brilliant xanımı norveçlilərə təqdim edəndə bir az narahat idim. Çünki mən beynəlxalq layihədə işləmək üçün ölkəmizi təmsil edən müğənnini heç kimlə məsləhətləşmədən, öz musiqi zövqümə arxalanıb seçmişdim. Lakin onun səsini dinləyən norveçlilər də mənim kimi valeh oldular. Maliyyə direktorunun "Bizə məhz belə səs gərəkdir" deməsi isə məni çox sevindirdi. Təsadüfi deyil ki, norveçlilər növbəti layihələrdə onunla əməkdaşlıq etmək arzusundadırlar. Bu layihədə B.Dadaşova ilə yanaşı, yazıçı Eyvind də iştirak edəcək. Layihə barədə geniş açıqlamanı tərəflər arasında müqavilə imzalandıqdan sonra verəcəm".
Bəstəkarla söhbət əsnasında məlum oldu ki, əsasən xalq mahnılarının daxil olacağı disk bu dəfə uşaqlara həsr ediləcək. Yəni 2001-ci ildə çıxan diskdə insanları sülhə çağıran sənətçilər indi uşaqlara qayğı və diqqət göstərməyə səsləyəcəklər.
Ayna, 04.09.2003. MUSİQİMİZİN TÜRKİYƏDƏKİ TƏMSİLÇİSİ. Brilliant Dadaşova müəllif hüquqlarını heç bir türk şirkətinə güzəştə getmədi
"Sevgili dinləyicim! Mənim musiqimi sevdinsə, demək, mənə qəlbində yer vermiş oldun.
Bu mutluluğu mənə yaşadan hər kəs mənim üçün anam Türkiyənin bir nişanəsidir. Əziz dinləyicim, sizin sevginizə layiq olmağa çalışacağam". Sevimli müğənnimiz Brilliant Dadaşova Türkiyədə çıxan "Maç-maç, quç-quç" kompakt-diskində və audio-kasetində öz dinləyicilərinə belə müraciət edib. Nəfis tərtibatla hazırlanan disk "Hilmi Topaloğlu" musiqi şirkətində işıq üzü görüb. Adından da bəlli olduğu kimi, diskə elə Azərbaycanda da çox sevilən "Maç-maç, quç-quç", "Aman ovçu", "Mustafa", "Vokaliz", "Mən deyən oldu", "Ağ çiçək", "Yalan", "Səninləyəm" və "Güllər" mahnıları daxil edilib. Qeyd edək ki, sənətçi yuxarıda adı çəkilən mahnıları türk dilində ifa edib. Bu da səbəbsiz deyil. Hələ 1990-cı ildən başlayaraq türk musiqi dünyası ilə sıx əməkdaşlıq edən B.Dadaşova ifa etdiyi mahnıların sözlərinin türk dinləyiciləri tərəfindən aydın başa düşülməsi üçün bu addımı atıb. Xatırladaq ki, indiyədək sənətçi Türkiyənin ondan artıq telekanalında ən reytinqli verilişlərdə çıxış edib.
O deyir: "Türk dinləyicisinin musiqi zövqünü, Türkiyə musiqi bazarının tələbatını artıq yaxşı bilirəm. Etiraf edim ki, təkbaşına, köməksiz mahnılarımın Türkiyənin telekanal və radiolarında mütəmadi olaraq yayınını təşkil edə bilmirdim. Doğrudur, türk telekanalları məni verilişlərinə, konsert proqramlarına dəvət edirdilər. Lakin kompakt-disk və ya audiokaset buraxdırmaq haqqında fikirləşmirdim. "Maç-maç, quç-quç" mahnım TURKCELL şirkəti tərəfindən istifadə edildikdən sonra artıq musiqi şirkətləri, prodüserlər məni axtarmağa başladılar, disk çıxarmaq, klip çəkdirmək təklifləri edildi. Lakin bu zaman da seçim etməli idim. Bildiyiniz kimi, Türkiyədə kaset çıxaran müğənninin bütün hüquqları musiqi şirkətləri tərəfindən alınır. Doğrudur, hər hansı şirkətin müğənni ilə müqavilə bağlaması ürəkaçan amildir. Yəni müğənni şirkətin himayəsinə keçir.
Lakin məsələnin digər tərəfi də mövcuddur. Bağlanılan müqaviləyə əsasən, şirkətin icazəsi olmadan müğənninin məclislərdə belə oxumağa ixtiyarı yoxdur. Belə təkliflər məni qane etmirdi. Vətənimdə filan şirkət məni oxumağa qoymur deyə bilməzdim. Eyni zamanda, Türkiyədə disklərimə ehtiyac olduğunu daim eşidirdim. Çünki telekanallarda ifa etdiyim mahnıları melomanlar ticarət köşklərində axtarırdılar. Bu yerdə köməyimə Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva gəldi. Onun dəstəyi ilə Türkiyədə dəvət aldığım verilişlərin hamısında iştirak edə bilirdim. Eyni zamanda, o, hüquqlarımın türk musiqi şirkətləri tərəfindən alınmasının qarşısını aldı. Mehriban xanımın dəstəyi sayəsində həm Vətənimin istənilən bölgəsində istənilən vaxt konsertlər verə, verilişlərə çıxa, həm də Türkiyə musiqi dünyası ilə əməkdaşlığımı davam etdirə bilərəm. Bir daha Mehriban xanıma Azərbaycanın dünyada tanınması üçün gördüyü işlərə görə təşəkkür edirəm".
Bədii Gimnastika Federasiyasının prezidentinin bu addımı musiqisevərlərə, xüsusilə də Brilliant Dadaşova sənətinin, səsinin vurğunlarına hədiyyədir. Çünki musiqi dünyasında belə bir tendensiya hökm sürməkdədir: sənətkarlara kömək edilsin! Azərbaycan musiqisini dünyada layiqincə təmsil edə biləcək sənətkarların dünya musiqi aləminə çıxışları məhduddur. Burada da maliyyə çatışmazlığı özünü göstərir. Sirr deyil ki, sənətkarlarımızın illər boyu qazandığı milyonlar deyil, yalnız xalq sevgisidir. Elə yaxın vaxtlarda olmuş bir hadisədən misal çəkək. Oqtay Raqa adlı türk sənətçisi düz 11 ay TURKCELL şirkətinin reklam çarxlarında istifadə edilən "Maç-maç, quç-quç" mahnısının ona məxsus olduğunu iddia edirdi. Mahnının müəllifi B.Dadaşova bundan xəbərdar olsa da, orada öz müəllif hüquqlarını bərpa etmək üçün vəsaiti çatışmırdı. Çünki yol, otel, yaşayış xərcləri, müxtəlif qurumlara müraciət etmək, həftələrlə onların bu işə baxmasını gözləmək, yerli mətbu orqanlarına müəllif hüquqlarının pozulduğunu bəyan etmək üçün həm vaxt, həm də xeyli vəsait lazım idi. Sevindirici haldır ki, B.Dadaşova 11 aydan sonra, nəhayət ki, öz müəllif hüquqlarının müdafiəsinə qalxdı. Əgər müğənni bir ay da geciksəydi, Türkiyə qanunvericiliyinə görə, onun müəllif hüquqlarının pozulması iddiası ilə müraciət etmək hüququ olmayacaqdı.
Acınacaqlıdır ki, sözün əsl mənasında sənətkar adlandırdığımız şəxslər Qərbdə gülüşdoğuracaq problemlərlə rastlaşırlar. Məhz buna görə də Azərbaycan musiqisinin dünyada tanınması, təbliği üçün musiqimizin incəliklərini bilən peşəkarlara yardım etmək lazımdır.
"Bizim əsr", 05.09.2003. Brilliant Dadaşovanın Türkiyədə albomu
çıxıb
Müğənniyə bu işdə "Azərbaycan mədəniyyətinin dostları"
fondunun və Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım
Əliyeva kömək edib
Populyar müğənni Brilliant Dadaşovanın Türkiyədə "Maç-maç,
quç-quç" adlı yeni diski işıq üzü görüb. Audio kaset və kompakt disk
şəklində olan albom "Hilmi Topaloğlu" musiqi şirkətində hazırlanıb.
Alboma müğənninin repertuarında yer alan "Maç-maç,
quç-quç", "Aman ovçu", "Mustafa", "Vokaliz", "Mən deyən oldu", "Ağ çiçək",
"Yalan", "Səninləyəm" və "Gülər" mahnıları daxil edilib.
Qeyd edək ki, Brilliant Dadaşova bu mahnıların hamısını
osmanlı türkcəsində ifa edib. Bunun səbəbi Türkiyə türklərinin Azərbaycan
dilini lazımi səviyyədə anlaya bilməmələridir. Xatırladaq ki, hələ 1990-cı
ildən Türkiyənin musiqi dünyası ilə sıx əməkdaşlıq edən Brilliant xanım
müxtəlif vaxtlarda qardaş ölkənin bir neçə telekanallarında yayımlanan
reytinqli verilişlərin qonağı olub və yığcam konsert proqramı ilə çıxış
edib. Müğənninin sözlərinə görə, o, Türkiyənin şou biznes aləminə yaxşı
bələddir. "Türkiyəli dinləyicilərin musiqi zövqünü, oranın şou-biznes
aləminin tələblərini, şərtlərini artıq yaxşı bilirəm. Etiraf edim ki,
təkbaşına, köməyim olmadan mahnılarımın Türkiyə telekanallarında və
radiostansiyalarında mütəmadi olaraq yayımını təşkil edə bilmirdim.
Türkiyə telekanalları məni vaxtaşırı öz verilişlərinə dəvət etsələr də,
orada albom buraxdırmaq mənim üçün qeyri-real idi. "Maç-maç, quç-quç"
mahnımı "Turkcell" şirkəti öz reklam çarxında istifadə etdikdən sonra
oradakı prodüsser mərkəzləri, səsyazma studiyaları məni axtarmağa
başladılar. Onlar məni əməkdaşlığa dəvət etdilər. Mən əməkdaşlığa razılıq
verməzdən əvvəl xeyli düşünüb-daşındım. Çünki Türkiyədə albom yazdıran
müğənni kasetə daxil etdiyi mahnıların bütün hüququnu müqavilə bağladığı
şirkətə verməlidir. Bu o deməkdir ki, bundan sonra sənətçi həmin mahnıları
şirkətin icazəsi olmadan heç bir yerdə oxuya bilməz. Təbii ki, belə
şərtlər məni qane etmirdi. Bu məsələdə mənə "Azərbaycan mədəniyyətinin
dostları" fondunun və Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban
xanım Əliyeva kömək etdi. Uzun sürən danışıqlardan sonra o, bütün işləri
qaydasına qoydu. Yəni mənim Türkiyədə albom yazdırmağıma baxmayaraq, ifa
etdiyim mahnıların hüquqları özümdə qaldı." Qeyd edək ki, müğənninin
"Maç-maç, quç-quç" albomunun üz qabığındakı fotoşəkilləri Bakıda çəkilib.
Sənətçinin sözlərinə görə, Türkiyədə foto xidməti çox bahadır.
"Bizim əsr", 28.06.2003. Brilliant Amerikaya getməyə hazırlaşır
Bu yaxınlarda Moskvada səfərdə olan Brilliant Dadaşova
indi də Amerikaya getməyə hazırlaşır. Buna səbəb yenə də "Maç-maç,
quc-quc" mahnısıdır.
Ötən saylarımızın birində müğənni Brilliant Dadaşovanın
bəstəkar Nailə Mirməmmədlinin məşhur qəzəlxan şairimiz Əliağa Vahidin
sözlərinə bəstələdiyi romans üzərində işləməsi haqqında məlumat vermişdik.
Populyar müğənni yaxın günlərdə həmin romansı lentə yazdıracaq.
Xatırladaq ki, bir müddət əvvəl Amerikada səfərdə olan
müğənni multserialların birində ondan icazəsiz bu mahnıdan istifadə
edildiyinin şahidi olub. İndi Brilliant xanım müəllif hüququnu Amerikada
müdafiə etmək fikrindədir.
"Ayna", 06.06.2003. BRİLLİANT DADAŞOVANIN ALMANİYA TRİUMFU. Azəri
qızı öz təbiiliyi ilə almanları məftun etdi
Mayın 30 - 31-də Brilliant Dadaşova Berlində keçirilən
"Mənə sülh yolunu aç" qala-konsertində türk dünyasını təmsil edib.
İki gün davam edən konsertdə Norveç, Braziliya, ABŞ,
Hindistan, İsrail, Fələstin, İrlandiya, Peru, Zimbabve və digər
dövlətlərin sənətçiləri çıxış ediblər.
Xatırladaq ki, "Mənə sülh yolunu aç" diski 2001-ci ildə
Nobel mükafatının 100 illiyi münasibətilə ərsəyə gətirilib. Burada
sənətçilərin səsləri ilə yanaşı, Nobel mükafatı almış və dünyada sülh
yaratmağa çalışan şəxslərin səsləri də vardır. Qeyd edək ki, eyniadlı
layihə uzunmüddətlidir. Belə ki, Avropa ölkələrində diskdə səsi olan
sənətçilərin qala-konsertlərini keçirmək planlaşdırılıb. Artıq iki konsert
baş tutub. İlk konsert Misirdə, sayca ikinci konsert isə Almaniyada
reallaşıb.
Brilliant xanım AYNAya müsahibəsində alman tamaşaçılarının
Azərbaycan musiqisinə heyran olduqlarını vurğuladı: "Musiqimiz o qədər
zəngindir ki, akapella kimi ifa edəndə də tamaşaçını 1 - 2 saat salonda
saxlamaq olar. İfamdan sonra alqışları eşidəndə musiqimizin zənginliyinə,
onun təsir gücünün böyüklüyünə bir daha əmin oldum. Həmkarlarım da ifamı
dinləyəndən sonra "Your voise is very beatiful" (Sənin səsin çox gözəldir)
dedilər. Cümlələrdə o qədər "your voise" ifadəsi işlənirdi ki, bu söz
beynimə həkk olunmuşdu. Evə dönən kimi oğlum Cahaddan tərcüməsini də
soruşdum".
Söhbət əsnasında məlum oldu ki, müğənni məşqlərdə
çətinliklə üzləşib. Yuxarıda qeyd etdiyimiz kimi, diskdə Nobel mükafatı
almış şəxslər öz ürək sözlərini deyiblər. Həmyerlimiz konsertdə
mükafatçıların fikirləri arasında muğam-caz improvizələri edib: "Problem
onda idi ki, mən muğamı canlı ifa edirdim, siyasi xadimlərin səsləri isə
CD-dən səslənirdi. Əgər onlar da səhnədən öz fikirlərini bildirsəydilər,
bir-birimizin çıxışını gözləyərdik. Mən çox diqqətli olmalı idim ki,
səslər üst-üstə düşməsin. Məşqlərdən sonra çıxışlar arasında intervalları
müəyyənləşdirdim. Sonda sürəkli tamaşaçı alqışlarını eşidəndə yolun,
məşqlərdə çəkdiyim əziyyətin ağrısı canımdan çıxdı".
Sənətçinin dediyinə görə, o, konsertdə norveçli Kunutun
gitarada müşayiəti ilə "Amin", "Ana qəlbim odlanır, söz düşəndə davadan"
və s. mahnıları və Çivonise ilə duetlər ifa edib. Rejissor bütün
iştirakçıları dinləyəndən sonra B.Dadaşovanın ifasında olan Tahir Əkbərin
Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı "Amin" mahnısı ilə konserti
bitirmək qərarı verib. Xatırladaq ki, müğənni diskdə olduğu kimi,
konsertdə də sözügedən mahnını musiqinin müşayiəti olmadan ifa edib.
Yeri gəlmişkən, gələn həftə "Gözəllik dünyanı xilas
edəcək" verilişində onun Almaniya səfərindən reportaj nümayiş ediləcək.
Brilliant xanım söhbət əsnasında konsertlərdə makiyaj etmədiyini, hətta
saçlarını belə özünün düzdüyünü söylədi. Buna səbəb isə alman qadınları
olub. Müsahibim deyir ki, hətta konsert və ziyafətlərdə də alman qadınları
təmtəraqdan uzaq imişlər.
Almaniyadan yenicə dönən sənətçi, deyəsən, bu yay
istirahət etməyəcək. Belə ki, o, iyunun 12-də Gəncədə solo konsert
proqramı ilə çıxış edəcək. Xatırladaq ki, müğənni mayın 20-də Qusarda
konsert proqramı ilə çıxış edib. Bölgələrdə konsert verməyə məmnunluqla
razılaşdığını qeyd edən B.Dadaşova: "Təkliflər çoxdur, hamı da inciyir ki,
niyə dəvəti qəbul etmirəm. Yollar məni çox yorur. Təsəvvür edin ki, 10 gün
ərzində mən Türkiyə - Bakı - Qusar - Bakı - Almaniya marşrutları üzrə
konsert proqramları ilə çıxış etmişəm. Yorğunluqdan əlavə, hər dəfə
adaptasiya olmaq çətindir. Ölkələr arasında saat fərqi var. Buna
baxmayaraq hər həftənin ikinci günü canlı efirdə öz verilişimdə olmağa
çalışıram", - deyə əlavə etdi.
"Yeni Musavat". BRİLLIANT DADAŞOVA ALMANİYAYA GEDECEK. Helelikse
Qusarda solo-konsert vermeye hazırlaşır
Türkiyenin musiqi mekanında tanınmaq meqsedile son
zamanlar yeni layihelerini qardaş ölkede gerçekleşdiren müğenni Brilliant
Dadaşova bu günlerde oranın daha bir televiziya kanalının qonağı olub.
Xatırladaq ki, müğenni mart ayında da Türkiyenin “Star” ve TQRT
kanallarının seher proqramlarında çıxış etmişdi. May ayının 12-de ise o,
“Seher starları” proqramına qatılıb ki, burada da evvelki verilişlerde
oxuduğu mahnıları - “Vokaliz” ve “Maç-maç, quc-quc”u seslendirib.
Müğenninin sözlerine göre, bu, onun türk
telekanallarındakı dördüncü çıxışı olduğundan bu defe repertuarının diger
mahnılarını oxumaq isteyib. Amma telekanal rehberleri bu defe de türk
seyrçilerinin isteyini nezere alıb, müğenniden hazırda Türkiyede çox
populyar olan iki mahnısını seslendirmesini xahiş edib.
Qeyd edek ki, bu defeki sefer zamanı senetçiye Türkiyede
yeni kompakt disk ve audiokaset çıxarmaq teklif olunub.
Seferden dönüncese, müğenni Qusar rayonunda solo-konsert
vermek fikrindedir. Onun sözlerine göre, sözügeden rayondan bir neçe defe
devet alsa da, diger işleri onu gerçekleşdirmeye imkan vermeyib. Amma bu
defe repertuarının seçme mahnılarından ibaret zengin proqramla orada çıxış
etmeyi qerara alıb. Bu yaradıcı işin ardınca, o, Almaniyaya sefer edecek.
Müğenninin dediyine göre, iyun ayına tesadüf edecek sefer zamanı o,
Berlinde keçirilecek qala-konserte qatılacaq.Qeyd edek ki, bu sefer
sözügeden ölkede gerçekleşdirilen “Mene sülh yolunu aç” adlı layihe
çerçivesinde baş tutacaq.
Xatırladaq ki, hemin layihenin ilk merhelesi bir qeder
evvel işıq üzü gören eyni adlı albom olub ki, bura da dünyanın bir neçe
ölkesini temsil eden senetçilerin ifaları daxil edilmişdi. B.Dadaşovanın
da bu diske dörd müxtelif mahnısı salınmışdı. Layihenin bu defeki
merhelesinde ise hemin müğennilerin solo-konserti nezerde tutulub.
B.Dadaşovanın sözlerine göre, o, hemin konsertde bir neçe yeni, alboma
daxil edilmemiş mahnılarını oxuyacaq.
"Ayna", 16.05.2003. BRİLLİANT DADAŞOVA ALMANİYADA KONSERT VERƏCƏK.
O, tədbirdə türk dünyasını təmsil edən yeganə sənətçidir
Brilliant Dadaşova yenə də Türkiyədədir. Bu dəfə o,
Türkiyənin daha bir kanalında - Star TV-nin "Səhər starları" verilişində
idi. Müğənni verilişdə hazırda Türkiyədə çox sevilən "Vokaliz" və
"Maç-maç, quc-quc" mahnılarını ifa etdi. Brilliant xanım AYNAya
müsahibəsində bildirdi ki, türk tamaşaçıları repertuarından digər
mahnıları ifa etməyə qoymurlar. "Artıq dördüncü verilişdir ki, eyni
mahnıları ifa edirəm. Bildiyiniz kimi, repertuarım çox zəngindir. Sadəcə,
hər dəfə tamaşaçıların xahişi ilə yuxarıda adı çəkilən mahnıları oxuyuram.
Amma onu deyə bilərəm ki, tezliklə türk dinləyiciləri də xalq, estrada və
digər janrlarda ifa etdiyim mahnıların bir hissəsini dinləyə biləcəklər".
Söhbət əsnasında məlum oldu ki, yaxın günlərdə
B.Dadaşovanın Türkiyədə kompakt-diski və audiokaseti işıq üzü görəcək.
Albomun satışı hələlik Türkiyədə nəzərdə tutulub. Müğənni vəd etdi ki,
albom çıxdıqdan sonra geniş məlumatı məhz AYNAya verəcək.
Sənətçi bildirdi ki, Türkiyədən sonra o, Almaniyada çıxış
edəcək. Belə ki, iyunun 2-də Berlində "Mənə sülh yolunu aç" beynəlxalq
layihədə iştirak edən sənətçilərin qala-konserti olacaq. Qeyd edək ki,
2001-ci ildə Norveçdə eyni adlı CD işıq üzü görüb. Nobel mükafatının 100
illiyinə həsr olunan diskdə Amerika, Braziliya, Zimbabve, Peru, Hindistan,
İrlandiya, İsrail və Fələstinlə yanaşı, Azərbaycan da B.Dadaşova ilə
təmsil olunub. O, diskdə Mari Boyne, Kavita Krişnamurti, Çivoniso ilə duet
mahnılar ifa edib.
Sənətçinin iştirakçısı olduğu layihə beynəlxalq xarakter
daşıdığından bir neçə il davam edəcək. Artıq layihənin ilk mərhələsi başa
çatıb. Disk işıq üzü görüb. Növbəti mərhələdə isə diskdə səsi olan
müğənnilər dünyanın tanınmış ölkələrində konsert proqramı ilə çıxış edəcək
və konsertlər zamanı disklər pulsuz olaraq tamaşaçılara paylanacaq. Artıq
ilk konsert ötən il Misirdə olub. Almaniyadan sonra daha bir neçə Avropa
ölkəsində qala-konsertlərin təşkili planlaşdırılıb. Brilliant xanım onu da
əlavə etdi ki, konsertdə müğənnilərə repertuarlarından digər mahnıları da
ifa etməyə icazə veriblər.
"Yeni Musavat", 14.04.2003. Brillıant Dadaşova Amerikaya gedəcək.
Yenə müəlliflik hüququnu qorumaq üçün
Artıq xeyli müddətdən bəri Türkiyədə səfərdə olan tanınmış
müğənni Brilliant Dadaşova bu günlərdə qardaş ölkənin “Kanal-D”
televiziyasında çıxış edib. Ünlü türk sənətçisi Seda Sayanın aparıcılıq
etdiyi “Sabah-sabah Seda Sayanla” adlı verilişin qonağı olan Brilliant
xanım proqramda artıq Türkiyədə populyarlıq qazanan mahnılarını -
“Maç-maç, quc-quc” və “Vokaliz”i səsləndirib.
Hərçənd müğənni öncə repertuarının digər mahnılarını ifa
etmək fikrində olub. Amma aparıcı S.Sayan müğənnini dilə tutandan sonra o,
türk seyrçilərinin istəyini yerinə yetirib. Eyni zamanda B.Dadaşova iki
saat davam edən canlı verilişdə “Türkcell”in onun müəllif hüquqlarını
tanıması və yaradıcılığındakı son yeni işlər haqda da danışıb.
Qeyd edək ki, müğənni bundan öncə sözügedən ölkənin
“TRT-1" kanalının ”Sayısal gecə" proqramında da çıxış etmişdi. Bu günlərdə
isə Türkiyənin ATV kanalı onun haqqında maraqlı süjet hazırlayıb. Artıq
Türkiyə musiqi məkanında öz mahnıları ilə yer qazanan sənətçi bir müddət
də orada qalmaq fikrindədir. Brilliant xanımın səfəri aprelin 20-dək davam
edəcək.
Səfərdən dönüncə isə müğənni Amerikaya yola düşəcək. Onun
bu ölkəyə səfəri isə növbəti dəfə müəlliflik hüququnu qorumaq məqsədi
daşıyacaq.
Qeyd edək ki, müğənni bir müddət əvvəl “Maç-maç, quc-quc”"
mahnısının ABŞ-da bir cizgi filminə daxil edildiyindən xəbər tutub. Bu
üzdən də o, öz hüquqlarını bərpa etmək üçün sözügedən ölkənin Müəllif
Hüquqları Agentliyinə müraciət göndərib. Bu günlərdə isə bəlli olub ki,
həmin agentlik artıq bütün materiallarla tanış olub və məsələnin çözülməsi
üçün müğənnini ABŞ-a dəvət edib.
Səfərlər arasında isə sənətçi seyrçilərə iki il öncə baş
tutmuş konsertin lent yazısını təqdim etməyi nəzərdə tutub. Onun sözlərinə
görə, həmin konsert 2000-ci ildə Amerikada, Nyu-York şəhərinin “Millenium”
zalında düzənlənib. İndiyədək bu zalda MDB məkanından yalnız Alla Puqaçova
çıxış edib.
Konsertin iki il əvvəl keçirilməsinə baxmayaraq, onun
Bakıda nümayişi mümkün olmamışdı. Buna səbəb isə ABŞ-ın ən müasir səsyazma
avadanlığı ilə lentə alınan kaseti səsləndirmək üçün
telekompaniyalarımızın texniki imkanlarının yetərincə olmamasıydı.
Müğənninin dediyinə görə, hazırda Emin Mirabdullayevin montaj edib
hazırladığı kaset yaxın günlərdə efirdə nümayiş olunacaq.
"Yeni Musavat", 29.03.2003. Brillant Dadaşova TQRT-də çıxış edəcək
Son vaxtlar Türkiyede yeni layiheler üzerinde çalışan
tanınmış müğenni Brilliant Dadaşovanın qardaş ölkeye bu defeki seferi
gelen heftenin sonunadek davam edecek.
O, Türkiyədə “Maç-maç, quc-quc”a klip çəkdirib. Bu defe
Novruz şenliklerine qatılmaq meqsedile sefere çıxan müğenni orada bir neçe
telekanalın populyar verilişlerine devet alıb. Öten bazar günü TRT
kanalının “Sayısal gece” proqramında çıxış eden B.Dadaşova bu hefte
TGRT-nin “Özmenle her sabah” verilişinin müsafiri olacaq.
İlk verilişde çıxışını “Azerbaycan” mahnısı ile başlayan
senetçinin bildirdiyine göre, devet aldığı diger proqramlarda da vetenle
bağlı mahnılar, elece de Türkiyede populyar olan “Maç-maç, quc-quc”,
“Vokaliz” ve “Aman ovçu” bestelerini seslendirecek.
Qeyd edek ki, müğenni sefer müddetinde “Maç-maç, quc-quc”
mahnısının klipini de erseye getirib. Artıq Türkiye telekanallarında
nümayiş olunan klip indiyedek seslendiyi şekilde deyil, yeni oranjemanda
ifa olunub. Qeyd edek ki, klipin eksklüziv nümayişi Türkiye
telekanallarına mexsus olduğundan onun Azerbaycanda teqdim olunmasına izn
verilmeye de biler.
B.Dadaşova yeni klipini diger hemkarlarının yaradıcı
işlerinden ferqli olaraq, kinoplyonkaya çekdirib. Bu, onun Bakıdan kenarda
kinolentine çekdirdiyi dördüncü klipidi. Müğenninin bu sırada olan
kliplerinden “Züleyxa” ve “Samolyot” Moskvada, “Seveceyem” ise Türkiyede
çekilib.
"Bizim əsr", 25.03.2003. Brilliant Dadaşova "TRT1"-də çıxış edib
Müğənni Brilliant Dadaşova türkiyəli həmkarlarının dəvəti
ilə Novruz bayramını "TRT1" telekanalı ilə yayımlanan "Sayısal gecə"
verilişində qarşılayıb.
Əvvəlcədən Azərbaycanda keçirilən Novruz şənliklərində
iştirak edəcəyini qətiləşdirən müğənni sonradan adının verilişin
anonslarında getməsi səbəbindən dəvəti qəbul etməli olub. Verilişin
müəllifləri Azərbaycandan gəlmiş qonağın xətrinə studiyaya Novruz xonçası
da qoyublar. Brilliant xanımla yanaşı, verilişə Türkmənistan və
Qazaxıstanın rəqs qrupları da dəvət ediliblər. Verilişə "Azərbaycanım"
mahnısı ilə başlayan Brilliant xanım hitə çevrilmiş "Səninləyəm" bəstəsini
də ifa edib.
Xatırladaq ki, bu, Brilliant Dadaşovanın "TRT1" kanalı ilə
ilk əməkdaşlığı deyil. 1990-cı ildən ardıcıl olaraq, "TRT1" kanalının yeni
il şənliklərində iştirak edən müğənni məşhur "Sevəcəyəm" mahnısına musiqi
çarxını da məhz orada çəkdirib. Bundan başqa, müğənninin hələlik adı gizli
saxlanılan bir mahnısına Türkiyə şirkətlərindən birinin dəstəyilə klip
çəkilib. Klip qardaş ölkənin telekanallarında nümayiş etdirildikdən sonra
müğənninin Azərbaycandakı pərəstişkarlarına da təqdim olunacaq.
"3 Nöqte", 06.11.2002. Brilliant yeni klipinde idmanı tebliğ edecek.
Müğennini en çox sevilen mahnılarından olan "Vokaliz"e klip çekdirmek düşündürür. Bu teklif ilk defe müğenninin heyat yoldaşı terefinden verilib.
B.Dadaşovanın sözlerine göre, idman onun heyat normasına daxil olduğu sebebinden de müğenni ele bu mahnıya çekdireceyi klipde idmana qarşı olan marağı artırmaq isteyir. Klipi ise müğenninin "Space" telekanalındakı "Gözellik dünyanı xilas edecek" verilişinin rejissoru Güler çekecek.
"Bizim əsr", 18.10.2002. Brilliant Dadaşova klipini təqdim etdi.
Müğənni klipini ilk dəfə aparıcılıq etdiyi verilişində nümayiş etdirdi. Klip sözləri Vüqar Əhmədə, musiqisi Nailə Mirməmmədliyə məxsus olan "Səninləyəm" mahnısına çəkilib. Çəkilişlərinə bu ilin mart ayından başlanılan klipin rejissoru Emin Mirabdullayevdir.
Klipin süjeti "Min bir gecə" Şərq nağılından gözəl Şəhrizadla Şəhriyar şahın məhəbbəti üzərində qurulub. Klipdə Şəhrizadı oynayan Brilliant Dadaşovanın tərəf müqabili - Şəhriyar şah S.Vurğun adına Rus Dram Teatrının aktyoru Səfa Mirzəhəsənovdur. Çəkilişlər tarixi tikililərdə, o cümlədən, Şirvanşahlar sarayında aparılıb. Klip həm də aktyorların xüsusi libaslarının rəngarəngliyi və kompüter qrafikasının imkanlarından bol-bol istifadə edilməsilə diqqəti cəlb edirdi.
Klipden göründüyü kimi, müğenni özü de bu mahnını digerlerinden ferqlendirir. Çünki bu, hem klipin çekilişine uzun müddet hazırlıq işlerinde, hem de teqdimatında hiss olundu. Bunun müqabilinde klipin nece alındığına geldikde, büyük zehmet ve xerc hesabına başa geldiyi aydın gürünür. Bu da klipi digerlerinden xeyli ferqlendirir. İnsafen rejissor işi ve müğenninin aktyorluq qabiliyyeti müsbet qiymetlendirilmelidir. Çünki bir neçe deqiqelik klipde büyük bir süjet xetti ile bir dövrü ehate ede bilmek rejissordan ustalıq teleb edir. Rejissor Emin Mirabdullayevin erseye getirdiyi sözügeden klip "Min bir gece" nağılları esasında çekilib. Xeyli yaradıcı emeyinden istifade etmekle rejissor böyük bir filmi beş deqiqelik klipe sığdırıb. Rejissor hemçinin kompüter qrafikasından da meharetle istifade edib. Müğenninin geyimleri de ayrıca bu klip üçün hazırlanıb ve meşhur modelyer Fexriyye Xelefovanın emeyinden istifade olunub. Çekilişler ise Şirvanşahlar sarayında, Buzovnada, Rus Dram Teatrında aparılıb.
Brilliant Dadaşovadan daha bir xəbər: müğənni yaradıcılığı ilə əlaqədar olaraq, Misirin İsgəndəriyyə şəhərinə yola düşüb. Onun bir neçə il bundan əvvəl Norveç xoru və məşhur gitaraçı Knutun müşayiətilə lentə yazdırdığı mahnı "Müğənnilər terrora qarşı" adlı diskə daxil ediləcək. Dünyanın məşhur sənətçilərinin də mahnılarının yer alacağı disk "Nobel" mükafatı namizədliyinə təqdim ediləcək.
"Bizim əsr", 19.09.2002. Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri Hacıbaba Bağırov müğənni Brilliant Dadaşovanı teatra dəvət edib.
Müğənninin ifasında görkəmli bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərindən Gülçöhrənin ariyasını bəyənən Hacıbaba Bağırov onu əvvəllər də bir neçə dəfə teatra dəvət etdiyini bildirib:
"Lakin bu dəfə mütləq sözümün üstündə duracağam. Peşəkar müğənniyə baş rollardan birini təqdim etmək fikrindəyəm".
Hazırda teatra təqdim edilən bir neçə maraqlı əsərin bədii şurada müzakirə olunduğunu bildirən Hacıbaba müəllim Brilliant Dadaşovanın teatra gəlişini inqilab kimi qiymətləndirib. Yeri gəlmişkən, müğənni Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya fakültəsini bitirib.
Müğənni dəvətə münasibətini belə bildirib: "Çox şad oldum. Orada işləməyə həm həvəsim, həm də enerjim var." Onun sözlərinə gürə, konsert və verilişlərdən fərqli olaraq teatrda improvizə etmək mümkün deyil: "Çünki orada deyəcəyin süzdən tərəf müqabilinin cavabı asılıdır". Sənətçi yeni layihəyə son dərəcə məsulliyyətlə yanaşdığını bildirib. 2000-ci ildə Rus Dram Teatrında özünü aktrisa kimi sınayan müğənni "Bu şirin "ulduz" həyatı" tamaşasında öz obrazını canlandırıb. Rus dilində səhnələşdirilən həmin tamaşanı müğənninin pərəstişkarları rəğbətlə qarşıladılar. Gələcəkdə də bu teatrda çalışmaq niyyətində olan müğənni aktrisalığa yeni disklə çox məşğul olduğu üçün ara verdiyini söyləyib.
"Turan", 13.09.2002. BRİLLİANT GƏDƏBƏYDƏ KLİP ÇƏKDİRƏCƏK
Müğənni Brilliant Dadaşova bəstəkar Faiq Sücəddinovun yeni bəstəsini oxuyacaq.
Bu, məhşur "Gözlərin deyir" mahnısının ikinci hissəsidir. Sənətçi bu mahnıya klip də çəkdirəcək. Birinci hissədə olduğu kimi Gədəbəydə.
Müğənni avqustun 9-na təyin olunmuş və təxirə salınmış "Səninləyəm" klipinin təqdimatını da həmin verilişdə keçirəcək.
12.09.2002. Brilliantın atası Süleyman Dadaşov rəhmətə gedib.
Atasının vefatı ile elaqedar bir müddet sehneden ve efirden geden müğenni Brilliant Dadaşova öz verilişini berpa edib.
Müğenninin "Space" telekanalı ile teqdim etdiyi "Gözellik dünyanı xilas edecek" verilişinin növbeti teqdimatı ile işlerini yeniden başlayan Brilliant xanım yarımçıq qalmış işlerini de bu günlerde başa çatdıracaq. Müğenninin bir neçe ay önce teqdimatına hazırlaşdığı klipini yaxın günlerde teqdim edib-etmeyeceyi ise hele melum deyil. Müğenni üçün diger bir elametdar gün ise sentyabrın 15-de olacaq doğum günüdür. Lakin müğenninin doğum gününü qeyd edib-etmeyeceyi de hele melum deyil. Bütün bunlar barede metbuata o, bir neçe günden sonra melumat vermeyi düşünür.
Müğənni hazırda atası Süleyman Dadaşovun vaxtilə royalda ifa olunmuş nəğmələrini toplayır. B.Dadaşova bunu bir albom şəklində buraxmaq niyyətindədir.
|